Logo
    main-post-cover

    POCO X7-nin render fotoları və texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    13.12.2024
    Emil
         Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Xiaomi-nin POCO brendi qlobal bazarda POCO X7X7 Pro smartfonlarını təqdim etməyə hazırlaşır. İndi isə internetdə adi POCO X7 modelinin render fotoları və texniki göstəriciləri ortaya çıxıb. Beləliklə ortaya çıxmış render fotolardan da görmək olar ki, POCO X7 smartfonu kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək və onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək.
         Kamera sahəsinin daxilində isə 3 ədəd kamera və LED işıqlandırma mövcud olacaq. Məlumatda qeyd edilib ki, bu yeni smartfon Redmi Note 14 Pro 5G-nin rebrendinq olunmuş versiyasıdır. Məlumata əsasən POCO X7 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7300 Ultra prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 50 MP-lik əsas arxa kameranı, 20 MP-lik ön kameranı və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı əldə etməlidir.
    Paylaş
    Bənzər xəbərlər