Logo
    main-post-cover

    POCO X7 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    10.12.2024
    Emil
         Xiaomi-nin POCO brendi bu ilin yanvar ayında POCO X6 smartfon seriyasını təqdim etmişdi. bu seriyaya iki model daxil olmuşdu. POCO X6 və X6 Pro. İndi isə POCO brendi POCO X7 smartfon seriyası üzərində çalışır. Gözləntilərə əsasən bu seriyaya da iki model daxil olacaq. POCO X7 və X7 Pro. Məlum olub ki, POCO X7 modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb.
         Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən POCO X7-nin prosessoru özündə 2.5 GHz tezlikdə çalışan 4 ədəd nüvəni və 2.0 GHz tezlikdə çalışan əlavə 4 ədəd nüvəni birləşdirir. Çox güman ki, söhbət, MediaTek Dimensity 7300 Ultra prosessorundan gedir. Geekbench tetslərindən POCO X7-nin 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, bu yeni smartfon qutudan Android 14 vasitəsilə çalışacaq. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1029 xal, çox nüvəli testi çərçivəsində isə 2901 xal toplayıb. POCO X7 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş