Logo
    main-post-cover

    POCO X7 və POCO X7 Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    09.01.2025
    Emil
         Xiaomi-nin POCO brendi qlobal bazarda POCO X7 smartfon seriyasını təqdim edib. Bu seriyaya iki model daxil olub. POCO X7 və X7 Pro. Bu iki smartfon həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından bir-birindən fərqlənir. POCO X7 modeli kənarları əyilmiş dizaynda hazırlanmış ekrana, POCO X7 Pro modeli isə yastı gövdə dizaynına sahibdir. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. POCO X7 modelinin ekranının maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub.
         POCO X7 Pro modelinin ekranının maksimal parlaqlıq səviyyəsi isə 3200 nit təşkil edir və o, Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub. Hər iki smartfonda barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Bununla yanaşı smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. POCO X7 modeli MediaTek Dimensity 7300 Ultra prosessoru vasitəsilə, POCO X7 Pro modeli isə Dimensity 8400 Ultra prosessoru vasitəsilə çalışır.
         Hər iki smartfon 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. POCO X7 modeli özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, POCO X7 Pro modeli isə özündə 50 MP + 8 MP ikili arxa kameranı birləşdirir. Smartfonlarda ön kamera 20 MP təşkil edir. POCO X7 modeli 45 vatt gücündə sürətli şarj texnologiyalı 5110 mAh enerji tutumlu batareya ilə, POCO X7 Pro modeli isə 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu smartfonlar artıq satışa çıxıblar. POCO X7-nmin qiyməti 249$-dan, POCO X7 Pro-nun qiyməti isə 299$-dan start götürür.
    Paylaş