
POCO yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır
Xiaomi-nin POCO brendi keçən həftə POCO Pods adlı yeni naqilsiz qulaqlığını təqdim etmişdi. İndi isə sözügedən brend yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, POCO M6 Pro 5G-dən gedir. POCO brendi artıq bu yeni smartfonunun tizer posterini təqdim edib. Təqdim edilmiş posterə əsasən POCO M6 Pro 5G smartfonu ikili arxa kameranı, yaşıl rəngdə gövdəni və 5G dəstəyini əldə edəcək. POCO-nun bu yeni büdcəli smartfonu Redmi Note 12R ilə oxşar olacaq. Yəni yeni smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib IPS ekran, Snapdragon 4 Gen 2 prosessoru, 8 GB RAM və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. POCO M6 Pro 5G-nin yaxın günlərdə təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər