
Powerbeats Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
12.02.2025
Emil
Apple şirkətinə məxsus olan Beats şirkəti yeni naqilsiz qulaqlığını təqdim edib. Söhbət, Powerbeats Pro 2-dən gedir. Bu yeni naqilsiz qulaqlıq əsasən aktiv həyat tərzi sürən insanlar üçün nəzərdə tutulub. Powerbeats Pro 2 özündə yeni H2 prosessorunu birləşdirir. Bu prosessor səs keyfiyyətini və ətraf səs-küyün aktiv boğulması funksiyasını yaxşılaşdırır və üstəlik siqnal gecikməsini aşağı salır. Qeyd etmək lazımdır ki, AirPods Pro 2-də də bu prosessordan istifadə edilir.

Powerbeats Pro 2 ətraf səs-küyün aktiv boğulması funksiyasına və şəffaf rejimə sahibdir. Bu yeni naqilsiz qulaqlığın əsas fərqləndirici imkanı ondan ibarətdir ki, o, ürək döyüntüləri ritmini ölçə bilir. Qulaqlıq ürək döyüntüləri ritmini saniyədə 100 dəfə ölçür. Bu, Apple şirkətinin naqilsiz qulaqlıqları arasında reallaşdırılmış ilk belə bir funksiyadır. Qulaqlıqların gövdələri IPX4 standartı üzrə sudan və tərdən qorunma özəlliyinə sahibdirlər. Buna görə də onları rahatlıqla idman zalında və ya yağışlı havada istifadə etmək olar.

Powerbeats Pro 2 bir dəfə şarj olunandan sonra şarj keysi ilə birlikdə 45 saat ərzində çalışır. Bununla yanaşı o, sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Belə ki, 5 dəqiqəlik şarj nəticəsində qulaqlıqlar 90 dəqiqə ərzində çalışa bililər. Şarj keysi USB-C girişinə sahibdir və sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Powerbeats Pro 2 artıq satışa çıxıb və onun qiyməti 250$ təşkil edir.
Mənbə: Beats
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
OLED ekranlı MacBook Pro artıq çox yaxındır
Cənubi Koreyanın The Elec nəşri, Samsung Display-in yeni OLED panellərinin istehsalına başlamaq planları barədə məlumat əldə edib.

Cihazlar+
Apple şirkətinin öz AR eynək layihəsini ləğv etmədiyi məlum olub
Son günlərdə yayılmış məlumatlara görə, Apple özünün artırılmış reallıq (AR) eynəyi layihəsini ləğv edib. Lakin şirkətin niyə bu potensial baxımdan perspektivli layihədən imtina etdiyi məlum deyildi.

Cihazlar+
Smartfon keyslərinin istehsalçısı iPhone SE 2025-in xarici görünüşünü sərgiləyib
Smartfonlar üçün keys istehsalı ilə məşğul olan Spigen adlı şirkətin saytında növbəti iPhone SE modelinin render fotoları yayımlanıb və bu, cihazın dizaynı ilə bağlı şayiələri təsdiqləyir.

Təhlükəsizlik
Böyük Britaniya Apple-dan istifadəçilərin izlənməsi imkanının təqdim edilməsini tələb edib
Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının nümayəndələri Apple-a məxfi göstəriş verərək, şirkətin bulud xidmətlərində saxlanılan bütün istifadəçi materiallarına çıxış imkanı yaradacaq bir backdoor (gizli giriş) hazırlamağı tələb ediblər.

Cihazlar+
iPad planşet bazarındakı dominantlığını qoruyub saxlayır
Apple planşet bazarında liderliyini qoruyaraq 2024-cü ilin dördüncü rübündə qlobal bazar payının 42.3%-ni əldə edib. Canalys-in ən son hesabatına görə, şirkət 16.9 milyon iPad tədarük edib ki, bu da 2023-cü ilin dördüncü rübündəki 14.8 milyon ədədə nisbətən 2.1 milyon ədəd daha çoxdur.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
