Logo
    main-post-cover

    Professionallar üçün LG UltraFine evo 6K monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.09.2025
    Emil
         LG şirkəti dizayn, montaj, 3D qrafika və digər yaradıcı istiqamətlərdə fəaliyyət göstərən professionallar üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG UltraFine evo 6K adlanır. Beləliklə bu yeni monitor 6144x3456 piksel keyfiyyətli 31.5 düym ölçülü Nano IPS Black ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və Adobe RGB rəng diapazonunun 99.5%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor DisplayPort 2.1, HDMI 2.1, USB-C, Thunderbolt 5 girişlərini və 5 vatt gücündə 2 ədəd səsgücləndiricini əldə edib. Thunderbolt 5 girişi məlumatların saniyədə 80 Gbit sürətlə ötürülməsini və bir neçə əlavə monitorun qoşulmasını dəstəkləyir. LG UltraFine evo 6K artıq Cənubi Koreyada satışa çıxıb və onun qiyməti 2137$ təşkil edir. Monitor yaxın müddətdə digər regionlarda da satışa çıxmalıdır.
    Paylaş