Logo
    main-post-cover

    Professionallar üçün Philips Brilliance 27E3U7903 monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.07.2025
         Philips şirkəti professional istifadəçilər üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Philips Brilliance 27E3U7903 adlanır. Beləliklə sözügedən yeni monitor 70 Hz-lik təsvir yenilənməsinə sahib 5120x2880 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, Adobe RGB rəng diapazonunun 99.5%-ni əhatə edir. Monitorun yuxarı hissəsində 5 MP-lik veb kamera da mövcuddur. Monitor özündə Thunderbolt 4, HDMI 2.1, USB Type-CType-A girişlərini və 5 vatt gücündə stereo səsgücləndiriciləri birləşdirir. Thunderbolt 4 girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 96 vatt çıxış gücünə sahibdir. Philips Brilliance 27E3U7903 artıq satışa çıxıb və onun qiyməti 1090 avro təşkil edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Professionallar üçün Philips Brilliance 27E3U7903 monitoru təqdim edilib - QİYMƏTİ | Technote