
ProMotion ekranları yalnız iPhone 17 Pro və 17 Pro Max modelləri əldə edəcəklər
Cihazlar+
04.06.2025
Emil
İnternetdə iPhone 17 ilə bağlı yeni məlumatlar yayılıb və bu, potensial alıcıları məyus edə bilər. Fixed Focus Digital ləqəbli insayder Weibo səhifəsində bildirib ki, hər nə qədər bütün iPhone 17 modelləri yüksək göstəricidə təsvir yenilənməsinə sahib ekranları əldə etsələr də, ProMotion texnologiyalı qabaqcıl ekranlar yalnız flaqman modellər olacaq iPhone 17 Pro və 17 Pro Max-da mövcud olacaq. Bu isə o deməkdir ki, standart iPhone 17 və ultranazik iPhone 17 Air modellərinin istifadəçiləri sadəcə köhnəlmiş LTPS OLED ekranlarla kifayətlənməli olacaqlar. Bu ekranlar 1 Hz-dən 120 Hz-ə qədər dəyişən tezlik yenilənməsini dəstəkləmir. Bu cür dəyişkənlik olmaması isə cihazın enerji sərfiyyatını artırır, nəticədə batareya ömrü azalır. Bundan əlavə, iPhone 17 və iPhone 17 Air modellərində Always-On-Display funksiyası da olmayacaq, çünki Apple bu funksiyanı yalnız LTPO ekranlara sahib cihazlarda təqdim edir.

Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
