PS5 Pro Yeni il endirimi ilə diqqət çəkir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Sony avqust ayında ABŞ-də tətbiq edilən yeni gömrük rüsumlarına görə bütün PlayStation 5 modellərinin qiymətini artırmışdı. Lakin Milad bayramı ərəfəsində şirkət oyunçular üçün cəlbedici endirim kampaniyasına start verib.
Hazırda PlayStation 5 Pro modeli $ 100 endirimlə təklif olunur. Adətən 749.99 dollar olan PS5 Pro-nu bu gün 25 dekabr tarixinə qədər Amazon, Walmart və Target mağazalarında təxminən 689.99 dollara əldə etmək mümkündür. Sony-nin rəsmi PlayStation Direct mağazasında isə bu endirimin 25 dekabr, ABŞ vaxtı ilə saat 03:00-da bitəcəyi qeyd olunur.
PS5 Pro əsas PS5 modeli ilə müqayisədə oyunları daha yüksək keyfiyyətdə təqdim edir. Konsol xüsusilə qrafika, kölgələr və ray tracing sahəsində daha az kompromislə işləyir. Bununla yanaşı, PS5 Pro-nun bir çatışmazlığı var: konsolda disk oxuyucu yoxdur və yalnız rəqəmsal oyunları dəstəkləyir. İstəyən istifadəçilər əlavə olaraq 80 dollara ayrıca disk oxuyucu ala bilərlər.
Paylaş