Logo
    main-post-cover

    Qatlana bilən adi vivo X Fold 3-ün texniki özəllikləri açıqlanıb

    Cihazlar+
    06.03.2024
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayder bir neçə gün bundan öncə qatlana bilən vivo X Fold 3 Pro smartfonu barəsində bəzi məlumatları təqdim etmişdi. İndi isə o, adi vivo X Fold 3-ün texniki göstəricilərini açıqlayıb. İnsayder bildirib ki, sözügedən smartfon nazik və yüngül gövdəyə sahib olacaq. Smartfonun 220-230 qramm çəkiyə sahib olacağı gözlənilir. Smartfon 2480x2200 piksel keyfiyyətli 8.03 düym daxili Samsung AMOLED E7 LTPO ekran ilə təchiz olunacaq.
         Məlumatda qeyd edilib ki, ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edəcək. Bununla yanaşı ekrana ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı inteqrasiya ediləcək. İnsayder bildirib ki, vivo X Fold 3 Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 80 vatt gücündə sürətli şarj texnologiyalı 5600-5700 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə smartfon 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya, daxili və xarici ekran üzərində 32 MP-lik ön kameralara sahib olacaq. Vivo X Fold 3 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş