Qatlana bilən Apple MacBook-un ekranı barəsində məlumat verilib
Cihazlar+
24.05.2024
Emil Nəcəfov
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti bir neçə qatlana bilən cihaz üzərində çalışır. Onların arasında iPhone, iPad və hətta MacBook da mövcuddur. İndi isə Ross Young adlı məşhur insayder qatlana bilən MacBook barəsində yeni məlumatlar verib. İnsayderin sözlərinə əsasən Apple şirkəti qatlana bilən MacBook-un ekran ölçüsündə dəyişiklik etmək qərarına gəlib. Məlumata əsasən şirkət daha öncə bu cür MacBook-da 20.5 düym ölçülü ekrandan istifadə etməyi planlaşdırırdı.
Lakin Ross Young bildirib ki, nəticədə şirkət qatlana bilən MacBook-da 18.76 düym ölçülü ekrandan istifadə etməyi nəzərdə tutub. Məlumatda qeyd edilib ki, Apple şirkətinin bu cür addım atmasının əsas səbəbi onun qatlana bilən MacBook-un istehsal xərclərini azaltmaq istəməsidir. Gözləntilərə əsasən qatlana bilən MacBook minimalistik dizaynı əldə edəcək və özündə virtual klaviaturanı birləşdirəcək. Cihaz haqqında başqa bir məlumat yoxdur. Gözləntilərə əsasən Apple qatlana bilən MacBook-u 2026-cı ildə təqdim edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iOS 18 ilə Apple Music-ə gələcək yeni xüsusiyyətlər bəlli olub!
iOS 18 ilə Apple Music-ə gələcək yeni xüsusiyyətlər bəlli olub!
iOS 18 yeniləməsi ilə yenilənəcək tətbiqlər arasında Apple Music də olacaq. WWDC 2024 tədbirində təqdim olunacaq yeni iOS versiyası ilə Apple Music-ə gələcək yeni xüsusiyyətlər bəlli olub.
Apple özü-özünü bərpa edə biləcək qatlana bilən ekranı patentləşdirib
Apple özü-özünü bərpa edə biləcək qatlana bilən ekranı patentləşdirib
Apple şirkəti qatlana bilən smartfonunu təqdim etməmiş məşhur smartfon istehsalçılarından biridir.
iPhone-lara gələcək yeni emojilər bəlli olub!
iPhone-lara gələcək yeni emojilər bəlli olub!
Unicode, emoji kataloqunu yenilədikdən sonra iPhone-lara gələcək yeni emojilər bəlli olub. Hər biri müxtəlif növlərdən olan 7 emoji, ehtimal ki, iOS 18 yeniləməsində əlçatan olacaq.
Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!
Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!
Xiaomi markası yeni smartfon modelini təqdim etmək üçün Apple-ın iPad Pro reklamına bənzər reklam videosunu yayımlayıb.
4-cü nəsil iPhone SE-nin hansı qiymətə sahib olacağı açıqlanıb
4-cü nəsil iPhone SE-nin hansı qiymətə sahib olacağı açıqlanıb
Heç şübhəsiz Apple şirkəti hal-hazırda 4-cü nəsil iPhone SE smartfonu üzərində çalışır.
Həftənin xəbərləri
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Apple öz əməkdaşlarını izlədiyi iddisı ilə məhkəməyə verilib