
Qatlana bilən Apple MacBook-un istehsalına daha gec start veriləcək
Cihazlar+
22.08.2024
Emil
Apple şirkətinin ilk qatlana bilən smartfonu üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxan zaman həmçinin qeyd edilmişdi ki, şirkət üstəlik elastiki ekrana sahib MacBook üzərində də çalışır. Məlumatlarda qeyd edilirdi ki, şirkətin elastiki ekrana sahib qatlana bilən MacBook-u böyük ölçülü ekrana sahib olacaq. Güman olunurdu ki, ekran ölçüsü 20.25 düym təşkil edəcək. Lakin məşhur analitik Ming-Chi Kuo-nun vermiş olduğu yeni məlumatlara əsasən Apple böyük ölçülü ekrana sahib qatlana bilən MacBook-un hazırlanması ideyasından imtina edib və öz diqqətini 18.8 düym ölçülü ekrana sahib qatlana bilən MacBook-un hazırlanmasına yönləndirib.
Bununla yanaşı məlumatda qeyd edilib ki, layihənin qəlizliyi səbəbilə şirkət noutbukun kütləvi istehsalını təxirə salıb. İndi bu noutbukun kütləvi istehsalına ya 2027-ci ya da 2028-ci ildə start veriləcəyi gözlənilir. Analitik şirkətin 20.25 düym ölçülü elastiki ekrana sahib MacBook-dan nəyə görə imtina etdiyini açıqlamayıb. Lakin çox güman ki, bunun əsas səbəbi texniki problemlərlə bağlıdır. Qeyd etmək lazımdır ki, Apple şirkətinin elastiki ekrana sahib ilk qatlana bilən MacBook noutbukunun kütləvi istehsalına 2026-cı ildə start veriləcəyi gözlənilirdi. İndi isə şirkət bu prosesə 2027-ci ilin sonunda və ya 2028-ci ildə start verməyə ümid edir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
