Logo
    main-post-cover

    Qatlana bilən Galaxy Z Flip 5-in sahib olacağı vacib özəllik barəsində məlumat verilib

    Cihazlar+
    22.02.2023
    Emil
        Digital Chat Station ləqəbli məşhur insayder Samsung şirkətinin növbəti qatlana bilən smartfonu olacaq Galaxy Z Flip 5 barəsində yeni məlumatları təqdim edib. İnsayder bildirib ki, Galaxy Z Flip 5 modeli əvvəlki Galaxy Z Flip modellərinin sahib olduqları dizaynda reallaşdırılacaq. Bununla belə yeni qatlana bilən smartfon bəzi kosmetik yeniliklər əldə edəcək. Galaxy Z Flip 4 modelinin xarici ekranının kiçik ölçüdə olması səbəbilə onun funksionallığı məhdudlaşdırılıb. Həmin ekran bildirişləri əks etdirə bilir və çəkiliş zamanı istifadəçinin özünə onun vasitəsilə baxa bilməsi üçün alət kimi çalışa bilir.
        Görünür, Samsung şirkəti xarici ekranın imkanlarını genişləndirmək qərarına gəlib. Belə ki, şirkət xarici ekrana bəzi tətbiqlərin dəstəyini əlavə edə bilər. İnsayder Galaxy Z Flip 5-in sahib olacağı xarici ekranın dəqiq ölçüsünü açıqlamayıb. Lakin o, qeyd edib ki, xarici ekranın ölçüsü OPPO Find N2 Flip-in xarici ekran ölçüsündən (3.26 düym) daha böyük olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy Z Flip 4-ün xarici ekran ölçüsü 1.9 düym təşkil edir.
    Paylaş
    Bənzər xəbərlər