
Qatlana bilən Galaxy Z Flip 5-in sxematik fotosu təqdim edilib
Ice Universe ləqəbli məşhur insayder qatlana bilən Samsung Galaxy Z Flip 5 smartfonunun sxematik fotosunu təqdim edib. Təqdim edilmiş foto smartfon barəsində daha öncə ortaya çıxmış məlumatları təsdiqləyir. Belə ki, təqdim edilmiş fotodan da görmək olar ki, Galaxy Z Flip 5 böyük ölçüyə sahib xarici ekran ilə təchiz olunacaq. O demək olar smartfonun yuxarı qapağının bütün arxa sahəsini əhatə edəcək. İnsayderin sözlərinə əsasən xarici ekranın ölçüsü 3.4 düym təşkil edəcək.
Bununla yanaşı Samsung sözügedən smartfonda arxa kameraları üfüqi şəkildə yerləşdirəcək. Galaxy Z Flip 5-in texniki göstəriciləri barəsində ətraflı bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, smartfon Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışacaq. Söhbət, Snapdragon 8 Gen 2 for Galaxy-dən gedir. Galaxy Z Flip 5-in Z Fold 5 ilə birlikdə avqust ayında təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər