Qatlana bilən Galaxy Z Flip 5 smartfonu Samsung DeX texnologiyasının dəstəyini əldə edə bilər

Qatlana bilən Galaxy Z Flip 5 smartfonu Samsung DeX texnologiyasının dəstəyini əldə edə bilər

Mobil Cihazlar
16.05.2023 PAYLAŞIM

    Samsung şirkətinin Samsung DeX adlı texnologiyası smartfonları və planşetləri naqil və ya naqilsiz üsul vasitəsilə televizorlara, monitorlara və kompüterlərə qoşmaq imkanını verən texnologiyadır. Bu texnologiyanın dəstəyinə hələ ki, yalnız Galaxy S seriyasının smartfonları və planşetləri sahibdirlər. Lakin insayderlərin verdikləri yeni məlumata əsasən şirkətin daha bir smartfon seriyasına daxil olan model də Samsung DeX-in dəstəyini əldə edəcək.

    Söhbət, qatlana bilən qapaqlı Galaxy Z Flip 5-dən gedir. Lakin DeX texnologiyasının proqram təminatı yenilənməsi vasitəsilə daha öncəki Galaxy Z Flip modellərində də dəstəklənib-dəstəklənməyəcəyi bilinmir. Bununla yanaşı Galaxy Z Fold 5-in də sözügedən texnologiyanın dəstəyini əldə edib-etməyəcəyi aydın deyil. Qeyd etmək lazımdır ki, son məlumata əsasən Samsung qatlana bilən Galaxy Z Fold 5 ilə Galaxy Z Flip 5-i iyun ayının sonunda təqdim edəcək.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×