Logo
    main-post-cover

    Qatlana bilən Galaxy Z Flip 5 smartfonunun keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    23.02.2023
    Emil
        Ice Universe ləqəbli məşhur insayder qatlana bilən Galaxy Z Flip 5 smartfonunun necə görünəcəyini sərgiləyib. Belə ki, insayder sözügedən smartfonun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolar smartfonun dizaynında olacaq vacib özəlliyi sərgiləyirlər. Söhbət, böyük ölçülü xarici ekrandan gedir. Maraqlısı ondadır ki, Galaxy Z Flip 5 xarici görünüşcə hal hazıra hazırlanan Motorola RAZR (2023)-ə bənzəyir. Hələ dünən məlumat ortaya çıxmışdı ki, Galaxy Z Flip 5 modelinin xarici ekranı daha böyük ölçüdə reallaşdırılacaq. Təqdim edilmiş render fotolardan görmək olar ki, bu həqiqətən də belə olacaq. Galaxy Z Flip 5-in Galaxy Z Fold 5 ilə birlikdə avqust ayında baş tutacaq Galaxy Unpacked 2023 tədbirində təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər