Logo
    main-post-cover

    Qatlana bilən Galaxy Z Fold 2-nin ilk real fotosu təqdim olunub

    Cihazlar+
    29.07.2020
        5 avqust tarixində Samsung şirkətinin Galaxy Unpacked tədbiri baş tutacaq. Həmin tədbirdə şirkət Galaxy Note 20 seriyasını və qatlana bilən Galaxy Z Fold 2 smartfon modelini təqdim edəcək. İndi isə internetdə Galaxy Z Fold 2-nin ilk real fotosu ortaya çıxıb. Smartfonun real fotosunu məşhur insayder Max Weinbach təqdim edib. Təqdim edilmiş foto smartfonun dizaynından  əlavə onun adını da təsdiqləyib. Beləliklə şirkətin yeni qatlana bilən smartfonu Galaxy Z Fold 2 5G adlanacaq. Bu üsul ilə şirkət elastiki ekrana sahib smartfonları Galaxy Z seriyasına əlavə etməyi düşünür.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən Galaxy Z Fold 2-nin ilk real fotosu təqdim olunub | Technote