Qatlana bilən Galaxy Z Fold 5-in ekranı toz keçirtməz xüsusi örtüyə sahib ola bilər

Qatlana bilən Galaxy Z Fold 5-in ekranı toz keçirtməz xüsusi örtüyə sahib ola bilər

Mobil Cihazlar
15.03.2023 PAYLAŞIM

    Samsung şirkətinin bu il ərzində təqdim edəcəyi yeni qatlana bilən Galaxy Z Fold 5Z Flip 5 smartfonları barəsində yeni məlumat ortaya çıxıb. Verilmiş yeni məlumata əsasən Samsung öz yeni qatlana bilən smartfonlarını daha qorunan tərzdə reallaşdırmaq niyyətindədir. Söhbət, smartfonların tozdan qorunmaları özəlliyindən gedir. Məlumata əsasən Samsung bu məsələdə toz keçirtməyən sertifikatlaşdırılmış xüsusi ekran örtüyündən istifadə etməyi planlaşdırır. Bu, smartfonlarda istifadə ediləcək yeni şarnir konstruksiyası hesabına mümkün olacaq.

    Ortaya çıxmış bu məlumatda söhbət, yalnız Galaxy Z Fold 5-dən gedir. Lakin heç istisna deyil ki, Galaxy Z Flip 5 də toz keçirtməyən xüsusi ekran örtüyünü özündə birləşdirəcək. Qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Galaxy Z Fold 4Z Flip 4 modelləri sudan qorunma özəlliyini əldə etmişdilər. Buna görə də növbəti məntiqi addım kimi yeni smartfonlarda tozdan qorunma özəlliyinin reallaşdırılması olardı. Galaxy Z Fold 5 ilə Z Flip 5-in avqust ayında baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində təqdim ediləcəyi gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×