
Qatlana bilən Galaxy Z Fold 5-in gövdəsində S Pen stilusu üçün nəzərdə tutulmuş xüsusi yer olmaya bilər
İnsayderlər Samsung tərəfindən bu il təqdim ediləcək yeni qatlana bilən Galaxy Z Fold 5 smartfonu barəsində maraqlı bir məlumat təqdim ediblər. Belə ki, verilmiş məlumata əsasən Samsung Galaxy Z Fold 5-in gövdəsində S Pen stilusu üçün xüsusi yerin reallaşdırılmasından imtina edib. Daha öncəki məlumat sızıntılarında əksinə qeyd edilmişdi ki, Samsung yeni qatlana bilən smartfonunun gövdəsinə S Pen stilusu üçün nəzərdə tutulmuş xüsusi yeri inteqrasiya edəcək. Lakin indi məlum olub ki, bu özəlliyi minimum Galaxy Z Fold 6-ya kimi gözləmək lazım gələcək.
Qeyd etmək lazımdır ki, Samsug-un qatlana bilən smartfonlarına S Pen stilusunun dəstəyi Galaxy Fold 3-dan başlayaraq gəlmişdi. Lakin şirkətin qatlana bilən smartfonlarında S Pen stilusunu yerləşdirmək üçün xüsusi yer mövcud deyil. İnsayderlər bildiriblər ki, texniki olaraq şirkət qatlana bilən smartfonda S Pen stilusu üçün xüsusi yeri reallaşdıra bilər. Lakin bu halda smartfon daha qalın olacaq. Qalınlıq isə qatlana bilən smartfonlar üçün kritik sayılan bir özəlikdir. Digər tərəfdən stilusun özünü bir qədər nazikləşdirmək olar. Lakin bu halda ondan istifadə heç də rahat olmayacaq. Bununla yanaşı smartfon gövdəsində S Pen stilusu üçün nəzərdə tutulmuş xüsusi yerin olması smartfonun istehsalını daha da bahalaşdıracaq.
Paylaş
Bənzər xəbərlər