Logo
    main-post-cover

    Qatlana bilən Google Pixel 9 Pro Fold-un bəzi kamera özəllikləri məlum olub

    Cihazlar+
    07.08.2024
    Emil
         Google şirkətinin yeni qatlana bilən smartfonu olacaq Pixel 9 Pro Fold-un təqdimatına sayılı günlər qalıb. Bu yeni smartfon 13 avqust tarixində digər Pixel 9 smartfonları ilə birlikdə təqdim ediləcək. İndi isə Camera FV-5 sertifikasiya sənədləri vasitəsilə Pixel 9 Pro Fold-un kameraları barəsində təfərrüatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən bu yeni qatlana bilən smartfon 48 MP-lik əsas arxa kameranı əldə edəcək. Əsas arxa kamera f/1.7 diafraqmalı olacaq və özündə optik və elektron stabilizasiya özəlliklərini birləşdirəcək. Smartfonun ön kamerası isə 10 MP-lik olacaq. 10 MP-lik ön kamera f/2.2 diafraqmalı olacaq və onun bucaq əhatəsi 77.8 dərəcə təşkil edəcək. Qeyd etmək lazımdır ki, Pixel 9 Pro Fold-un üstəlik 10.5 MP-lik ultra geniş bucaqlı kameraya və 10.8 MP-lik telekameraya sahib olacağı gözlənilir.
    Paylaş