Logo
    main-post-cover

    Qatlana bilən Google Pixel 9 Pro Fold-un real fotoları ortaya çıxıb

    Cihazlar+
    17.07.2024
    Emil
         Google şirkəti 13 avqust tarixində Pixel 9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL modelləri və qatlana bilən Pixel 9 Pro Fold modeli daxil olmalıdırlar. İndi isə internetdə Pixel 9 Pro Fold-un real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda Google şirkətinin yeni qatlana bilən smartfonu hər tərəfdən əks olunub. Fotolara əsasən smartfonun daxili ekranı üzərindəki ön kamera üçün olan kiçik dairəvi çıxıntı ekranın mərkəz hissəsində deyil, yuxarı sağ hissəsində yerləşəcək.
          Keçən ilki Google Pixel Fold ilə müqayisədə Pixel 9 Pro Fold-un arxa kamera sahəsi daha fərqli dizayna sahibdir. Keçən ilki Pixel Fold-da arxa kamera sahəsi oval formada idisə, Pixel 9 Pro Fold-da kamera sahəsi düzbucaq formasındadır. Gözləntilərə əsasən Pixel 9 Pro Fold smartfonu Tensor G4 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Paylaş