
Qatlana bilən Google Pixel Fold 2-nin ekranlarının dəqiq ölçüləri açıqlanıb
Cihazlar+
13.03.2024
Emil
Google bu il ərzində yeni qatlana bilən smartfonunu təqdim etməlidir. Söhbət, keçən ilki Google Pixel Fold-un davamçısı olacaq Pixel Fold 2-dən gedir. Ross Young adlı məşhur insayder öz növbəsində Pixel Fold 2-nin sahib olacağı ekranların dəqiq ölçüləri barəsində məlumat verib. Onun sözlərinə əsasən Pixel Fold 2-nin daxili ekran ölçüsü bir qədər böyüyəcək. Belə ki, smartfonun daxili ekranı 8.02 düym təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Pixel Fold-un daxili ekranı 7.9 düym-dür. Pixel Fold 2-nin xarici ekranına gəldikdə isə insayder bildirib ki, o, 6.29 düym olacaq. Keçən ilki Pixel Fold modeli 6.4 düym ölçülü xarici ekrana sahibdir. Bu isə o deməkdir ki, Pixel Fold 2-nin xarici ekran ölçüsü bir qədər kiçiləcək.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Google Play-də bir neçə tətbiqi paralel olaraq yükləmək mümkün olacaq
Google Play-in yeni versiyasında faydalı funksiya barəsində məlumat ortaya çıxıb.

Cihazlar+
Google Pixel Watch 3 smart saatı Apple Watch özəlliklərindən birini əldə edəcək
Google şirkəti bu il Pixel Watch 3 smart saatını təqdim etməlidir. İndi isə məlum olub ki, sözügedən yeni smart saat indiyənə kimi eksklüziv olaraq Apple Watch smart saatlarında istifadə edilmiş bir funksiyanı əldə edə bilər.

Cihazlar+
Google Pixel 8a-nın hansı qiymətə satılacağı açıqlanıb
Google şirkəti keçən il Pixel 8 və Pixel 8 Pro smartfonlarını təqdim etdi. İndi isə şirkət büdcəli Pixel 8a modelinin təqdimatına hazırlaşır.

Cihazlar+
Bu il Google Pixel Watch 3 smart saatı ilə Pixel Buds Pro 2 smart qulaqlığı gözlənilir
Heç şübhəsiz Google şirkəti hal-hazırda Pixel Watch 3 smart saatı üzərində çalışır.

Proqram Təminatı
Google Pixel smartfonları peyk rabitəsi üzərindən təcili yardım funksiyasını əldə edəcəklər
Google Pixel smartfonlarının sahibləri yaxın zamanda yeni təhlükəsizlik funksiyasından istifadə edə biləcəklər.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
