main-post-cover

    Qatlana bilən Google Pixel Fold 2-nin yeni render fotoları ortaya çıxıblar

    Cihazlar+
    12.06.2024
    Emil Nəcəfov
         Smartfonlar üçün nəzərdə tutulmuş müxtəlif aksesuarların istehsalı ilə məşğul olan Thinborne adlı brendin qoruyucu keyslərindən birinin fotoları ortaya çıxıb. Məsələnin maraqlı tərəfi isə ondadır ki, qoruyucu keyslərin fotolarında Google şirkətinin yeni qatlana bilən smartfonu əks olunub. Söhbət, Google Pixel Fold 2-dən gedir. Fotolardan da görmək olar ki, smartfon iki ədəd ekranı əldə edəcək. Onun 7.9 düym ölçülü daxili ekranla və 6.4 düym ölçülü xarici ekranla təchiz olunacağı gözlənilir.
         Fotolara əsasən Pixel Fold 2-nin arxa kamera sahəsinin dizaynı keçən ilki Pixel Fold-un arxa kamera sahəsi dizaynından fərqlənəcək. Belə ki, Pixel Fold 2-nin arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd obyektiv ilə LED işıqlandırma sistemi mövcud olacaq. Gözləntilərə əsasən Pixel Fold 2 smartfonu Tensor G4 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Pixel Fold 2 bu ilin payız fəslində Pixel 9 smartfon seriyası ilə birgə təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel Watch 3 smart saatının ilk render fotoları təqdim edilib
    google-pixel-watch-3-smart-saatinin-ilk-render-fotolari-teqdim-edilib
    Google-a qarşı 13.6 milyard funt sterlinq dəyərində məhkəmə iddiası qaldırılıb!
    google-a-qarsi-136-milyard-funt-sterlinq-deyerinde-mehkeme-iddiasi-qaldirilib
    Google, Keniyadan Avstraliyaya fiber optik kabel çəkməyi planlaşdırır!
    google-keniyadan-avstraliyaya-fiber-optik-kabel-cekmeyi-planlasdirir
    Google-a görə, "pendiri pizzaya yapışdırmaq" üçün yapışqandan istifadə edə bilərsiniz!
    google-a-gore-pendiri-pizzaya-yapisdirmaq-ucun-yapisqandan-istifade-ede-bilersiniz
    Google, süni intellekt dəstəkli reklamlar göstərməyə başlayıb!
    google-suni-intellekt-destekli-reklamlar-gostermeye-baslayib