Qatlana bilən Google Pixel Fold nə zaman satışa çıxacaq və hansı qiymətə satılacaq?
Jon Prosser adlı məşhur insayder Google şirkətinin ilk qatlana bilən smartfonunun təqdimat və satış tarixlərini, eləcə də qiymətiini açıqlayıb. Beləliklə Pixel Fold adını əldə edəcəyi güman edilən smartfon 10 may tarixində start götürəcək Google I/O 2023 konfransı çərçivəsində təqdim ediləcək və smartfonun ön sifarişlərinə həmin gün start veriləcək. Şirkətin partnyorları qatlana bilən smartfonu 30 may tarixində əldə edəcəklər. Onun satışlarına isə 27 iyun tarixində start veriləcək. İnsayderin sözlərinə əsasən Pixel Fold 1799$-a satılacaq. Son məlumatlara əsasən Google şirkətinin ilk qatlana bilən smartfonu iki ədəd ekrana sahib olacaq və Tensor G2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 12 GB RAM-ı və iki ədəd ön kameranı birləşdirəcək.
Paylaş
Bənzər xəbərlər