Qatlana bilən Google Pixel Fold təqdim olunub - QİYMƏTİ

Qatlana bilən Google Pixel Fold təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
11.05.2023 PAYLAŞIM

    Uzun zaman ərzində olmuş çoxlu sayda məlumat sızıntısından sonra Google şirkəti Google I/O 2023 konfransı çərçivəsində ilk qatlana bilən smartfonunu təqdim edib. Pixel brendi altında təqdim edilmiş ilk qatlana bilən smartfon Pixel Fold adını əldə edib. Pixel Fold smartfonu Galaxy Z Fold seriyasının sahib olduğu form-faktor tərzində reallaşdırılıb. Smartfon həm daxili həm də xarici ekranı özündə biləşdirir. Hər iki ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Daxili ekran 2208x1840 piksel keyfiyyətli 7.6 düym AMOLED, xarici ekran isə 2092x1080 piksel keyfiyyətli 5.8 düym AMOLED ekrandır. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 1450 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 1550 nit təşkil edir.


    Əlavə olaraq xarici ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Daxili ekran üzərində isə heç bir çıxıntı mövcud deyil. Belə ki, daxili ekran üzərində ön kamera yuxarı çərçivədə yerləşdirilib. Qeyd etmək lazımdır ki, smartfonun daxili ekranı olduqca qalın çərçivələrə sahibdir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Pixel Fold özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir.

    Əsas texniki göstəricilər baxımından Pixel Fold Google Tensor G2 prosessoru, Titan M2 təhlükəsizlik çipi, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 48 MP (f/1.7 diafraqma, optik stabilizasiya) + 10.8 MP (f/2.2 diafraqma, 121 dərəcə bucaq əhatəsi) + 10.8 MP (f/3.05 diafraqma) üçlü arxa kamera, daxili ekran üzərində 8 MP-lik ön kamera, xarici ekran üərində 9.5 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Smartfon həmçinin naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Pixel Fold-un gövdəsi IPx8 standartı üzrə sudan qorunur. Şirkətin verdiyi məlumata əsasən Pixel Fold bazarda ən dözümlü şarnir konstruksiyasını əldə edib. Belə ki, smartfon 200 000 qatlanmaya tab gətirə bilir. Bununla yanaşı daxili ekran üzərində qatlanma izi demək olar nəzərə çarpmır. Smartfon Android 13 vasitəsilə çalışır. Pixel Fold iyun ayının sonunda satışa çıxacaq. 256 GB yaddaşa sahib model 1799$-a, 512 GB yaddaşa sahib model isə 1919$-a satılacaq.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×