Logo
    main-post-cover

    Qatlana bilən Google Pixel Fold-un texniki özəllikləri məlum olub

    Cihazlar+
    25.04.2023
    Emil
        Google şirkətinin ilk qatlana bilən smartfonu gələn ay baş tutacaq Google I/O 2023 konfransı çərçivəsində təqdim olunacaq. İnsayderlər isə sözügedən smartfonun texniki göstəriciləri barəsində yeni məlumatları təqdim ediblər. Beləliklə insayderlərin sözlərinə əsasən Google Pixel Fold adlanacağı güman edilən qatlana bilən smartfon 2208x1840 piksel keyfiyyətli 7.6 düym daxili və 2092x1080 piksel keyfiyyətli 5.8 düym xarici AMOLED ekran ilə təchiz olunacaq. Hər iki ekran 120 Hz-lik təsvir yenilənməsinin dəstəyinə sahib olacaq. Əsas texniki göstəricilər baxımından Google Pixel Fold Tensor G2 prosessoru, 12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 48 MP + 10.8 MP + 10.8 MP üçlü arxa kamera, 9.5 MP + 8 MP ikili ön kamera və 23 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər