Logo
    main-post-cover

    Qatlana bilən Honor Magic V2-nin qlobal bazarda təqdimatı anons edilib

    Cihazlar+
    08.08.2023
    Emil
        Honor şirkəti qatlana bilən Honor Magic V2 smartfonunun qlobal bazarda təqdimatını rəsmi şəkildə anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Honor Magic V2 smartfonu 1 sentyabr tarixində IFA 2023 sərgisi çərçivəsində təqdim olunacaq və elə həmin gündə də qlobal bazarda satışa çıxacaq. Bununla belə smartfonun qlobal versiyasının texniki göstəriciləri Çin bazarında satılan versiyasının texniki göstəricilərindən heç də fərqlənməyəcək. Əlavə olaraq Honor qeyd edib ki, o, qlobal bazarda Magic V2 ilə yanaşı digər bir qatlana bilən smartfon modelini də təqdim edəcək.
    Paylaş
    Bənzər xəbərlər