Logo
    main-post-cover

    Qatlana bilən Honor Magic V2-nin rəsmi tizer fotosu təqdim edilib

    Cihazlar+
    04.07.2023
    Emil
        Honor şirkəti artıq 12 iyul tarixində Honor Magic V2 adlı yeni qatlana bilən smartfonunu təqdim edəcək. Təqdimata az müddət qalmış şirkət Magic V2-nin tizer fotosunu təqdim edib. Maraqlısı ondadır ki, fotoda həmçinin iPhone 5-i xatırladan siluet əks olunub. Fotodan da görmək olar ki, şirkət düyməli telefonlardan sensorlu ekrana sahib smartfonlara keçid dövrünü əks etdirməyə çalışıb. Hələ bir neçə müddət bundan öncə Honor-un CEO-su bildirmişdi ki, Honor Magic V2 qatlana bilən smartfonlar bazarında əsl inqilaba səbəb olacaq. Son məlumat sızıntılarına əsasən Honor Magic V2 2272x1984 piksel keyfiyyətli 7.9 düym daxili ekran, 6.45 düym xarici ekran, Snapdragon 8 Gen 250 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasına sahib 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər