
Qatlana bilən Honor Magic V2-nin təqdimat tarixi barəsində məlumat verilib
Cihazlar+
23.06.2023
Emil
Artıq heç sirr deyil ki, Honor şirkəti yeni qatlana bilən smartfon üzərində çalışır. Söhbət, Honor Magic V2-dən gedir. Görünür, sözügedən smartfon artıq yaxın zamanda təqdim oluna bilər. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Honor Magic V2 smartfonu gələn ay təqdim ediləcək və təqdimat 12 iyul tarixində keçiriləcək. İnsayder bildirib ki, smartfon iki ədəd LTPO OLED ekran ilə təchiz olunacaq. Əsas daxili ekran isə 2K keyfiyyətində olacaq. Bununla yanaşı Honor Magic V2 Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışmalı və özündə 16 GB RAM-ı, 512 GB daxili yaddaş həcmini və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Smartfonun həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyəcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
