Logo
    main-post-cover

    Qatlana bilən Honor Magic V2-nin təqdimatı anons edilib

    Cihazlar+
    03.07.2023
        Honor şirkətinin CEO-su George Zhao şirkətin yeni qatlana bilən smartfonunun təqdimat tarixini açıqlayıb. Söhbət, Honor Magic V2-dən gedir. Beləliklə onun sözlərinə əsasən Honor Magic V2 smartfonu 12 iyul tarixində təqdim olunacaq. Sözügedən yeni qatlana bilən smartfon barəsində dəqiq məılumatlar olmasa da, insayderlər daha öncə qeyd etmişdilər ki, Honor Magic V2 smartfonu olduqca yüngül və nazik olacaq. Smartfonun 2272x1984 piksel keyfiyyətli 7.9 düym daxili ekran və 6.45 düym xarici ekran ilə təchiz olunacağı gözlənilir. Bununla yanaşı smartfonun Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacağı güman edilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən Honor Magic V2-nin təqdimatı anons edilib | Technote