
Qatlana bilən Honor Magic V2 smartfonunun yeni real fotoları ortaya çıxıb
Təqdimat tədbirinə az müddət qalmış qatlana bilən Honor Magic V2 smartfonunun real fotoları internetdə ortaya çıxıblar. Ortaya çıxmış fotolardan da görmək olar ki, Honor Magic V2 smartfonu iki ədəd ekrana və nazik gövdəyə sahib olacaq. Bununla yanaşı smartfon özündə üçlü arxa kameranı, iki ədəd ön kameranı və süni dəri material ilə örtülü arxa paneli birləşdirəcək. Honor-un yeni qatlana bilən smartfonunun OLED LTPO ekranlar, Snapdragon 8 Gen 2 prosessoru, 16 GB RAM, 512 GB daxili yaddaş həcmi və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Honor Magic V2-nin təqdimatı 12 iyul tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər