Logo
    main-post-cover

    Qatlana bilən Honor Magic V3 smartfonu barəsində bəzi məlumatlar verilib

    Cihazlar+
    21.06.2024
    Emil
         Hələ bir neçə müddət bundan öncə Honor şirkətinin CEO-su rəsmi şəkildə təsdiq etmişdi ki, şirkət növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V3 üzərində artıq çalışır. İndi isə məlum olub ki, Honor Magic V3 artıq Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib və üstəlik insayderlər onun barəsində bəzi məlumatları bölüşüblər. Beləliklə insayderlərin sözlərinə əsasən Honor-un bu növbəti qatlana bilən smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək.
         Qeyd etmək lazımdır ki, daha öncəki Honor Magic V modelləri də 66 vatt gücündə sürətli şarj texnologiyasına sahibdirlər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Honor Magic V3 peyk rabitəsi dəstəyini əldə edəcək. Lakin çox güman ki, bu özəllik yalnız Çin bazarı üçün nəzərdə tutulacaq. Gözləntilərə əsasən smartfon Honor Magic V2-nin nazik və yüngül gövdəsini özündə qoruyub saxlayacaq. Honor Magic V3-ün bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
    Paylaş