main-post-cover

    Qatlana bilən Honor Magic V3-ün bütün gövdə rənglərində fotoları təqdim edilib

    Cihazlar+
    05.07.2024
    Emil Nəcəfov
         Honor şirkəti öz yeni qatlana bilən smartfonu olacaq Honor Magic V3-ü 12 iyul tarixində təqdim edəcək. Təqdimata az müddət qalmış şirkət sözügedən smartfonun əldə edəcəyi bütün gövdə rənglərində fotolarını təqdim edib. Fotolara əsasən Honor Magic V3 smartfonu bazara 4 gövdə rəngində satışa çıxacaq. Qara, ağ, yaşıl və çəhrayı. Smartfonun qara, ağ və yaşıl gövdə rənglərinə sahib versiyaları şüşə material ilə əhatə olunmuş arxa paneli, çəhrayı gövdə rənginə sahib versiyası isə süni dəri ilə əhatə olunmuş arxa paneli əldə edəcək. Qeyd etmək lazımdır ki, Honor Magic V3 bazarın ən nazik və yüngül qatlana bilən smartfonu olmalıdır. Belə ki, onun qalınlığı 10 mm-dən az, çəkisi isə 230 qramm-dan az olmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata az müddət qalmış qatlana bilən Honor Magic V3-ün xarici görünüşü sərgilənib (VİDEO)
    teqdimata-az-muddet-qalmis-qatlana-bilen-honor-magic-v3-un-xarici-gorunusu-sergilenib-video
    Təqdimatı anons edilmiş Honro Magic V3 smartfonunun bəzi detalları ortaya çıxıblar
    teqdimati-anons-edilmis-honro-magic-v3-smartfonunun-bezi-detallari-ortaya-cixiblar
    Qatlana bilən Honor Magic V3 smartfonunun təqdimatı anons edilib
    qatlana-bilen-honor-magic-v3-smartfonunun-teqdimati-anons-edilib
    Honor markası, telefonlarda deepfake görüntülərini aşkar edə bilən süni intellekt xüsusiyyətini təqdim edib!
    honor-markasi-telefonlarda-deepfake-goruntulerini-askar-ede-bilen-suni-intellekt-xususiyyetini-teqdim-edib
    Büdcəli Honor Play 60 Plus smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-honor-play-60-plus-smartfonu-teqdim-edilib-qiymeti