Logo
    main-post-cover

    Qatlana bilən Honor Magic V5-in təqdimatı anons edilib

    Cihazlar+
    18.06.2025
         Honor şirkəti növbəti qatlana bilən smartfonunun təqdimatını anons edib. Söhbət, Honor Magic V5-dən gedir. Beləliklə Honor tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni qatlana bilən smartfon 2 iyul tarixində Çində təqdim olunacaq. Daha əvvəlki Honor Magic V modellərində olduğu kimi Magic V5-də də olduqca nazik və yüngül gövdənin reallaşdırılacağı gözlənilir. İnsayderlərin sözlərinə inansaq, sözügedən yeni qatlana bilən smartfon 7.95 düym ölçülü daxili ekranla və 6.45 düym ölçülü xarici ekranla təchiz olunacaq. Smartfonun Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı və özündə 66 vatt gücündə sürətli şarj texnologiyalı 5950 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən Honor Magic V5-in təqdimatı anons edilib | Technote