Logo
    main-post-cover

    Qatlana bilən Honor Magic V5-in texniki təfərrüatları açıqlanıb

    Cihazlar+
    20.06.2025
    Emil
         Honor şirkəti növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V5-in təqdimatını artıq anons edib. Sözügedən smartfon 2 iyul tarixində Çində təqdim olunacaq. İndi isə insayderlər Honor Magic V5-in texniki imkanlarını açıqlayıblar. Beləliklə insayderlərin məlumatlarına inansaq, Honor-un bu yeni qatlana bilən smartfonu 7.9 düym ölçülü daxili ekranla və 6.4 düym ölçülü xarici ekranla təchiz olunacaq. Smartfonun gövdə qalınlığı qatlanmış vəziyyətdə 8.8-8.9 mm, çəkisi isə 215 qram təşkil edəcək. Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Honor Magic V5-in olduqca nazik gövdəyə sahib olacağına baxmayaraq, o, böyük həcmli batareyanı əldə edəcək. Söhbət, 6100 mAh enerji tutumlu batareyadan gedir. İnsayderlər bildiriblər smartfon 50 MP-lik əsas arxa kameraya və 200 MP-lik telekameraya sahib olacaq.
    Paylaş