Logo
    main-post-cover

    Qatlana bilən Honor Magic Vs 2 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    11.10.2023
         Honor şirkəti sabah yeni qatlana bilən smartfonunu təqdim edəcək. Söhbət, Honor Magic Vs 2-dən gedir. Sözügedən smartfon iyul ayında təqdim edilmiş Honor Magic V2-nin bir qədər sadələşdirilmiş versiyası olmalıdır. Təqdimatdan bir gün öncə Honor Magic Vs 2-nin Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində Honor-un yeni qatlana bilən smartfonunun prosessoru, RAM yaddaşı və performansı məlum olub. Beləliklə Geekbench testlərinə əsasən Honor Magic Vs 2 smartfonu Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 16 GB RAM-ı birləşdirir. Smartfon Android 13 əməliyyat sisteminə sahibdir. Honor Magic Vs 2 Geekbench-in bir nüvəli testi çərçivəsində 1648 xal, çox nüvəli testi çərçivəsində isə 4201 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən Honor Magic Vs 2 smartfonu Geekbench testlərindən keçib | Technote