main-post-cover

    Qatlana bilən Honor Magic Vs 2 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.10.2023
    Emil Nəcəfov
         Honor şirkəti öz yeni qatlana bilən smartfonu Honor Magic Vs 2-ni təqdim edib. Təqdim edilmiş Honor Magic Vs 2 modeli keçən ilin sonunda təqdim edilmiş Honor Magic Vs-dən çox az fərqlənir. Yeni smartfon həmin dizaynda reallaşdırılıb. Honor Magic Vs 2-nin əsas üstünlüyü onun daha nazik və yüngül olmasındadır. Bu məsələdə şirkət çox yaxşı iş görüb. Belə ki, Honor Magic Vs 2 hal hazırda bazarda olan Fold form-faktorlu smartfonlar arasında ən aşağı çəkiyə sahib olanıdır. Belə ki, onun çəkisi 229 qramm təşkil edir. Qalınlıq məsələsinə gəldikdə, tam açıq vəziyyətdə smartfonun qalınlığı 5.1 mm, qatlanmış vəziyyətdə isə 10.7 mm təşkil edir.
         Beləliklə Honor Magic Vs 2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2344x2156 piksel keyfiyyətli 7.92 düym daxili AMOLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2376x1060 piksel keyfiyyətli 6.43 düym xarici AMOLED ekranla təchiz olunub. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 2500 nit təşkil edir. Smartfonun həm daxili həm də xarici ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Honor Magic Vs 2 Snapdragon 8+ Gen 1 prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP + 20 MP + 12 MP üçlü arxa kamera, həm daxili həm də xarici ekran üzərində 16 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun Çində satışlarına 17 oktyabr tarixində start veriləcək. 12 GB RAM-a və 256 GB yaddaşa sahib model 960$-a, 16 GB RAM-a və 512 GB yaddaşa sahib model isə 1055$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    LTE dəstəkli smartfonlar Starlink üzərindən məlumatların mübadiləsini reallaşdıra biləcəklər
    lte-destekli-smartfonlar-starlink-uzerinden-melumatlarin-mubadilesini-reallasdira-bilecekler
    Apple şirkəti öz cihazlarında Google Search-ə görə Google-dan nə qədər vəsait əldə edir?
    apple-sirketi-oz-cihazlarinda-google-search-e-gore-google-dan-ne-qeder-vesait-elde-edir
    Dünyaca məşhur spikerlər “InMerge İnnovasiya Sammiti”ndə görüşəcək!
    dunyaca-meshur-spikerler-inmerge-innovasiya-sammitinde-gorusecek
    Bennu adlı asteroidin nümunələrində su aşkar edilib
    bennu-adli-asteroidin-numunelerinde-su-askar-edilib
    iPhone-larda gecə vaxtı bir neçə saatlıq öz-özünə sönmə problemi yaşanıb
    iphone-larda-gece-vaxti-bir-nece-saatliq-oz-ozune-sonme-problemi-yasanib