
Qatlana bilən Honor Magic Vs 2 smartfonunun təqdimatı anons edilib
Cihazlar+
09.10.2023
Emil
Biraz əvvəl xəbər verdik ki, Honor şirkəti bu həftə yeni qatlana bilən smartfonunu təqdim edə bilər. Söhbət, Honor Magic Vs 2-dən gedir. İndi isə şirkət bu smartfonun təqdimatını rəsmi şəkildə anons edib. Beləliklə şirkətin rəsmi elanına əsasən Magic Vs 2 smartfonu 12 oktyabr tarixində Çində təqdim ediləcək. O, iyul ayında təqdim edilmiş Magic V2-nin bir qədər sadələşdirilmiş versiyası olmalıdır. Gözləntilərə əsasən Honor Magic Vs 2 smartfonu Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və 50 MP-lik əsas arxa kameraya sahib olacaq. Bununla yanaşı Honor şirkəti 12 oktyabr tarixində Magic Vs 2 ilə yanaşı həmçinin Honor Watch 4 Pro smart saatını da təqdim edəcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
