Qatlana bilən Honor Magic Vs3 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
12.07.2024
Emil Nəcəfov
Honor şirkəti Honor Magic V3-dən əlavə olaraq daha bir qatlana bilən smartfonunu təqdim edib. Söhbət, Honor Magic V3-ün sadələşdirilmiş versiyası olan Honor Magic Vs3-dən gedir. Öz ölçüsü baxımından bu smartfon keçən ilki Magic V2 ilə yenicə təqdim olunmuş Magic V3-ün arasında yerləşir. Honor Magic Vs3-ün qatlanmış vəziyyətdə qalınlığı 9.8 mm, tam açıq vəziyyətdə qalınlığı isə 4.65 mm təşkil edir. Smartfonun çəkisi isə 229 qramm-dır.
Honor Magic V3-də olduğu kimi bu smartfonda da 500 000 qatlanmaya rahatlıqla tab gətirə bilən təkmilləşdirilmiş şarnir konstruksiyasından istifadə edilir. Beləliklə Honor Magic Vs3 smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2376х1060 piksel keyfiyyətli 6.43 düym ölçülü xarici LTPO OLED ekran və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2344х2156 piksel keyfiyyətli 7.97 düym ölçülü daxili LTPO OLED ekranla təchiz olunub. Hər iki ekranda stilus dəstəyi reallaşdırılıb.
Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Honor Magic Vs3 smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 40 MP + 8 MP üçlü arxa kameraya və hər bir ekran üzərində 16 MP-lik ön kameraya sahibdir. Smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. O, qutudan Android 14 vasitəsilə çalışır. Honor Magic Vs3 19 iyul tarixində Çində satışa çıxacaq. Smartfonun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Çin bazarında isə satış qiymətləri aşağıdakı kimi olacaq.
- 12 GB RAM + 256 GB yaddaş - 965$
- 16 GB RAM + 512 GB yaddaş - 1060$
- 16 GB RAM + 1 TB yaddaş - 1199$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Honor Magic V3 təqdim edilib - QİYMƏTİ
Qatlana bilən Honor Magic V3 təqdim edilib - QİYMƏTİ
Honor şirkəti daha öncə də söz vermiş olduğu kimi öz yeni qatlana bilən smartfonu Honor Magic V3-ü Çində təqdim etdi.
Honor şirkəti Galaxy Z Fold 6-nın qalınlığı barəsində Samsung-u trollayıb
Honor şirkəti Galaxy Z Fold 6-nın qalınlığı barəsində Samsung-u trollayıb
Android smartfonların istehsalçıları arasında bir ənənə var ki, onlar təkcə Apple şirkətini deyil həm də bir-birilərini trollayırlar.
Təqdimatdan bir gün öncə Honor Magic Vs3-ün bəzi texniki imkanları açıqlanıb
Təqdimatdan bir gün öncə Honor Magic Vs3-ün bəzi texniki imkanları açıqlanıb
Honor şirkəti artıq sabah yeni qatlana bilən smartfonları olacaq Honor Magic V3 və Magic Vs3-ü təqdim edəcək.
Qatlana bilən Honor Magic Vs3-ün hansı prosessoru əldə edəcəyi təsdiqlənib
Qatlana bilən Honor Magic Vs3-ün hansı prosessoru əldə edəcəyi təsdiqlənib
Honor şirkəti 12 iyul tarixində iki ədəd qatlana bilən smartfonu təqdim edəcək. Honor Magic V3 və Honor Magic Vs3. İndi isə məlum olub ki, Honor Magic Vs3 smartfonu Geekbench testlərindən keçib.
Qatlana bilən Honor Magic Vs3 smartfonunun render fotoları ortaya çıxıb
Qatlana bilən Honor Magic Vs3 smartfonunun render fotoları ortaya çıxıb
Honor şirkəti 12 iyul tarixində qatlana bilən Honor Magic V3 smartfonunu təqdim edəcək. Lakin bu, şirkətin həmin tarixdə təqdim edəcəyi yeganə qatlana bilən smartfon olmayacaq.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!