Logo
    main-post-cover

    Qatlana bilən Honor Magic Vs3-ün hansı prosessoru əldə edəcəyi təsdiqlənib

    Cihazlar+
    10.07.2024
    Emil
         Honor şirkəti 12 iyul tarixində iki ədəd qatlana bilən smartfonu təqdim edəcək. Honor Magic V3Honor Magic Vs3. İndi isə məlum olub ki, Honor Magic Vs3 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench sayəsində təsdiqlənib ki, Honor Magic Vs3 smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Honor Magic V3 modeli Snapdragon 8 Gen 3 prosessorunu əldə edəcək. Geekbench testlərindən Honor Magic Vs3-ün 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, sözügedən smartfon qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 2051 xal, çox nüvəli testi çərçivəsində isə 5643 xal toplayıb.
    Paylaş