
Qatlana bilən Honor V Purse smartfonunun bütün texniki göstəriciləri məlum olub
Cihazlar+
20.09.2023
Emil
Sentyabrın əvvəlində Berlində keçirilmiş IFA 2023 sərgisi çərçivəsində Honor şirkəti Honor V Purse adlı yeni qatlana bilən smartfonunu təqdim etmişdi. Həmin vaxtda sözügedən yeni qatlana bilən smartfon barəsində ətraflı məlumat verilməmişdi və onun nəticədə satışa çıxıb-çıxmayacağı bilinmirdi. Lakin müəyyən müddətdən sonra Honor rəsmi şəkildə təsdiqlə ki, Honor V Purse Çin bazarında satışa çıxacaq. Nəticədə smartfon Çində satışa çıxdı. Bu, ilk haldır ki, Honor konseptual bir cihazı satışa çıxarır. Şirkətin verdiyi məlumata əsasən Honor V Purse dünyanın ən yüngül və nazik qatlana bilən smartfonudur.

Qatlanmış vəziyyətdə smartfonun qalınlığı 8.6 mm, tam açıq vəziyyətdə qalınlığı 4.3 mm təşkil edir. Onun çəkisi isə 214 qramm-dır. Bu smartfonun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, digər qatlana bilən smartfonlar kimi daxili istiqamətə deyil, xarici istiqamətə qatlanır. Buna görə də Honor V Purse böyük ölçülü bir ədəd vahid ekrana sahibdir. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 7.71 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Onun yuxarı sağ hissəsində isə ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib.

Əsas texniki göstəricilər baxımından Honor V Purse smartfonu Snapdragon 778G prosessoru, 16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP + 12 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun 256 GB yaddaşa sahib versiyası 821$-a, 512 GB yaddaşa sahib versiyası isə 957$-a satılır. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
