
Qatlana bilən Honor Vs 2 smartfonu təqdimata hazırlaşır
Honor şirkəti keçən ilin noyabr ayında Çində qatlana bilən Honor Vs smartfonunu təqdim etmişdi. Bu ilin fevral ayında isə sözügedən smartfonun qlobal versiyası təqdim edilmişdi. Ortaya çıxmış yeni məlumata əsasən şirkət artıq Honor Magic Vs 2 üzərində aktiv şəkildə çalışır. Belə ki, qatlana bilən Honor Magic Vs 2 smartfonu Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. İlkin məlumata əsasən smartfon 5G və iki SIM kart dəstəyini əldə edəcək. Artıq məlumdur ki, Honor Magic V2-nin qlobal versiyasının təqdimatı gələn ayın əvvəlində baş tutacaq IFA 2023 sərgisində təqdim olunacaq. Keçən həftə məlumat ortaya çıxmışdı ki, şirkət sərgidə daha bir qatlana bilən smartfonunu təqdim edəcək. Heç istisna deyil ki, həmin smartfon məhz Honor Magic Vs 2 olsun.
Paylaş
Bənzər xəbərlər