Qatlana bilən Huawei Mate X3-ün təqdimat tarixi təsdiqlənib
Cihazlar+
16.03.2023
Farid Pardashunas
Bir neçə müddət bundan öncə Huawei şirkəti növbəti təqdimat tədbirini elan etmişdi. Şirkətin növbəti təqdimat tədbiri 23 mart tarixində baş tutacaq. Artıq dəqiq şəkildə məlumdur ki, 23 mart tarixində baş tutacaq təqdimat tədbiri zamanı şirkət özünün yeni flaqman smartfon seriyası Huawei P60-ı təqdim edəcək. Lakin bir çoxları güman edirdilər ki, 23 mart tarixində şirkət həmçinin yeni qatlana bilən smartfonu Mate X3-ü də təqdim edəcək. İndi isə Huawei rəsmi şəkildə bu məlumatı təsdiqləyib. Şirkət Çinin Weibo adlı sosial şəbəkəsində Mate X3-ün təqdimatına həsr edilmiş tizer fotosunu paylaşıb. Huawei həmçinin bildirib ki, Mate X3 modeli hal hazırda aktual olan Mate X2-dən daha nazik və yüngül olacaq. Smrtfonun texniki özəllikləri barəsində məlumat yoxdur. Lakin gözləntilərə əsasən Mate X3 Snapdragon 8 Gen 2 prosessorunun 4G versiyası vasitəsilə çalışacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ