Qatlana bilən Huawei Mate X5 smartfonu təqdim edilib

Qatlana bilən Huawei Mate X5 smartfonu təqdim edilib

Mobil Cihazlar
08.09.2023 PAYLAŞIM

    Huawei şirkəti daha öncədən heç bir rəsmi elan vermədən Mate X5 adlı yeni qatlana bilən smartfonunu təqdim edib. Sözügedən yeni qatlana bilən smartfon bu ilin yaz fəslində təqdim edilmiş Mate X3-ün demək olar kopyasıdır. Hər iki smartfon xarici görünüşcə bir-birinə bənzəyir. Onlar arasındakı texniki fərq də cüzidir. Beləliklə Mate X5 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2496x2224 piksel keyfiyyətli 7.85 düym daxili OLED ekran və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2504x1080 piksel keyfiyyətli 6.4 düym xarici OLED ekranla təchiz olunub. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 1200 nit təşkil edir.


    Xarici ekran üstəlik Kunlun Glass qoruyucu şüşəsi ilə əhatə edilib. Daxili ekran üzərində ön kamera üçün kiçik dairəvi çıxıntı yuxarı sağ hissədə, xarici ekran üzərində isə yuxarı mərkəz hissədə  yerləşir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Huawei Mate X5-in gövdəsi IPx8 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.

    Əsas texniki göstəricilərə gəldikdə isə Mate X5 smartfonu Kirin 9000s prosessoru, 12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP + 13 MP + 12 MP üçlü arxa kamera, daxili ekran üzərində 8 MP-lik ön kamera, xarici ekran üzərində 8 MP-lik ikinci ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5060 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Üstəlik smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 7.5 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Huawei Mate X5 yaxın zamanda Çində satışa çıxacaq. Onun Çindəki satış qiymətləri hələ açıqlanmayıb. Üstəlik Mate X5-in qlobal bazarda satılıb-satılmayacağı da bilinmir.



DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×