
Qatlana bilən Huawei Mate X6-nın gövdə dözümlülüyü sərgilənib (VİDEO)
Huawei bir neçə gün bundan öncə qatlana bilən Mate X6 smartfonunu təqdim etdi. İndi isə şirkət 4 dəqiqəlik video vasitəsilə bu smartfonun dözümlülüyünü və soyutma sistemini sərgiləyib. Videodan da görmək olar ki, şirkət yeni qatlana bilən smartfonunda soyutma sistemini yaxşılaşdırıb və onun konstruksiyasını gücləndirib. Mate X6-da istiliyi ayıran komponentlərin hamısı smartfonun yalnız müəyyən sahələrində deyil, bütün gövdə üzrə yerləşirlər.
Bu isə öz növbəsində smartfonun yüksək temperatura kimi qızmasının qarşısını effektiv şəkildə alır. Videoya əsasən Mate X6-nın gövdəsində və şarnir konstruksiyasındakı petlələrdə istifadə edilən yeni aerokosmik material smartfonun zərbələrə daha dözümlü olmasına şərait yaradır. Bununla yanaşı smartfonun xarici ekranı üzərində olan Kunlun Glass 2 adlı qoruyucu şüşə cızıqlara tab gətirə bilir. Maraqlısı ondadır ki, smartfonun elastiki olan daxili ekranının üzərinə 300 kq ağırlıqlı motosikletin yerləşdirilməsi halında da ekran zədələnməyib.
Paylaş