
Qatlana bilən Huawei Mate X7-nin texniki imkanları barəsində ilk məlumatlar verilib
Gözləntilərə əsasən Huawei şirkəti sentyabr ayında yeni qatlana bilən smartfonu Mate X7-ni təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni qatlana bilən smartfonun texniki imkanları barəsində ilk məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Huawei Mate X7 smartfonu 2K keyfiyyətli 7.95 düym ölçülü daxili COE LTPO ekranla təchiz olunacaq. Məlumatda qeyd edilib ki, smartfonun prosessoru qismində Kirin 9030 çıxış edəcək. Bu prosessor öz növbəsində smartfonu yaxşı performans ilə təmin etməlidir. İnsayder bildirib ki, smartfon 50 MP-lik əsas arxa kameranı əldə edəcək. Bununla yanaşı Mate X7-nin 50 MP-lik periskop kameranı da əldə edəcəyi istisna edilmir.

Paylaş