
Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.05.2025
Emil
Huawei şirkəti MateBook Fold ULTIMATE adlı qatlana bilən noutbukunu təqdim edib. Bu noutbuk dünyanın ən böyük ekranlı noutbuku adına namizəddir. Huawei MateBook Fold ULTIMATE ənənəvi noutbuklardan klaviaturaya sahib olmaması ilə seçilir. Belə ki, onun daxili panelini iki ədəd elastiki sensorlu ekran əhatə edir. Tam açıq vəziyyətdə cihaz 3296x2472 piksel keyfiyyətli 18 düym ölçülü OLED ekrana sahib olur. Yarı qapalı vəziyyətdə isə ekran 2472x1648 piksel keyfiyyətli 13 düym ölçülü OLED ekrana çevrilir. Noutbukun gövdə qalınlığı ən nazik hissədə 7.3 mm təşkil edir.

Onun çəkisi isə 1.16 kq-dır. Huawei MateBook Fold ULTIMATE-in əsas fərqləndirici tərəflərindən biri də odur ki, onda noutbuklar arasında ilk dəfə LTPO tipli ekran texnologiyasından istifadə olunur. Bunun sayəsində noutbukun ümumi enerji sərfiyyatını 30% aşağı salmaq mümkün olub. MateBook Fold ULTIMATE-in konstruksiyasında dünyanın ən böyük bazalt əsaslı damcı formalı şarnir konstruksiyasından istifadə edilir.

Noutbukun effektiv şəkildə soyudulması üçün ona maksimal dərəcədə nazik olan alüminium pərlər quraşdırılıb. Hər bir pərin qalınlığı 3.5 mm təşkil edir. Noutbukun batareya həcmi 74.69 vat-saat təşkil edir. O özündə 32 GB RAM ilə 1/2 TB SSD-ni birləşdirir. Noutbuk Kirin X90 prosessoru vasitəsilə çalışır. Onun əməliyyat sistemi qismində isə HarmonyOS 5 çıxış edir. Huawei MateBook Fold ULTIMATE yaxın zamanda Çində satışa çıxacaq və onun qiyməti 3325$-dan start götürəcək. Noutbukun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
