Qatlana bilən iPhone 2 ildən sonra təqdim oluna bilər
The Information saytının vermiş olduğu məlumata əsasən Apple şirkətinin ilk qatlana bilən smartfonu çox güman ki, 2026-cı ildən tez təqdim olunmayacaq. Məlumatda qeyd edilib ki, Apple şirkətinin ilk qatlana bilən smartfonunun hazırlanma prosesi müəyyən texniki problemlərlə müşayiət edilir. Əsas texniki problemlər kimi aşağıdakılar qeyd olunub.
- Ekran üzərində qatlanma izinin aradan qaldırılması: Apple şirkətinin ən böyük problemi çoxlu sayda qatlanmadan sonra ekran üzərində yaranan qatlanma izinin aradan qaldırılması ilə bağlıdır.
- Dizayn: Şirkət mühəndisləri smartfonun ölçüsünü kiçiltməyə çalışırlar və çox güman ki, onlar qatlana bilən smartfon dizaynını gələn il təqdim ediləcəyi gözlənilən iPhone 17 Slim modeli üzərində sınayıblar.
- Funksiyalar: Apple dizaynerləri qatlana bilən iPhone smartfonunu alıcılar üçün cəlbedici edəcək və onun yüksək qiymətini doğruldacaq eksklüziv funksiyaların axtarışındadırlar.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...