Qatlana bilən iPhone barədə yeni məlumat ortaya çıxıb
Cihazlar+
18.02.2021
Farid Pardashunas
İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti qatlana bilən iPhone üzərində çalışır. İndi isə internetdə bu məsələ ilə bağlı daha bir yeni məlumat yayılıb. Belə ki, Tayvanın Digitimes saytının verdiyi məlumata əsasən Apple üçün qatlana bilən ekranın istehsalı ilə LG Display şirkəti məşğul olur. Məlumata əsasən söhbət, qatlana bilən ekranın prototipindən gedir. Buna görə də Apple şirkətinin qatlana bilən smartfonunun final versiyasının LG tərəfindən istehsal edilmiş OLED ekranı əldə edəcəyi dəqiq deyil.
Bununla yanaşı insayder Jon Prosser-in sözlərinə əsasən qatlana bilən iPhone üçün ekranları nəticədə Samsung şirkəti də istehsal edə bilər. Son məlumat sızıntılarına əsasən Apple şirkətinin ilk qatlana bilən iPhone modeli Galaxy Z Flip və Motorola RAZR smartfonlarının dizaynlarını xatırladacaq. Bununla belə qatlana bilən iPhone modelini yaxın zamanda gözləmək lazım deyil. İnsayderlərin sözlərinə əsasən Apple bu cür smartfonu 2023-cü ildən tez təqdim etməyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)