Logo
    main-post-cover

    Qatlana bilən iPhone Face ID-dən məhrum ola bilər

    Cihazlar+
    06.03.2025
    Emil
         Məşhur analitik Ming-Chi Kuo bildirib ki, Apple ilk qatlana bilən iPhone modelini "kitab" formatında dizayn və yüksək satış qiyməti ilə 2026-cı ilin sonu - 2027-ci ilin əvvəllərində təqdim etməyi planlaşdırır. Analitikin sözlərinə əsasən qatlana bilən iPhone-nun daxili ekranı 7.8 düym ölçüsündə olacaq və onun üzərində qatlanma izi görünməyəcək. Smartfonun xarici ekranı isə 5.5 düym ölçüsündə olacaq. Məlumatda qeyd edilib ki, tam qatlanmış vəziyyətdə smartfonun gövdə qalınlığı 9 - 9.5 mm, tam açıq vəziyyətdə gövdə qalınlığı isə 4.5 - 4.8 mm təşkil edəcək. Qatlana bilən iPhone-nun gövdəsi titanın ərintisindən hazırlanacaq, şarnir konstruksiyası isə paslanmaz polad və titan ərintisinin birləşməsindən ibarət olacaq.
         Smartfon özündə iki arxa kameranı və bir ədəd ön kameranı birləşdirəcək. Analitik qeyd edib ki, ön kamera həm qatlanmış, həm də açılmış vəziyyətdə istifadə edilə biləcək. Məlumatda qeyd edilmiş maraqlı xüsusiyyət ondan ibarətdir ki, Apple daxili ekranın sahəsini daha səmərəli istifadə etmək üçün Face ID sistemindən imtina edəcək və onun əvəzinə yan düyməyə inteqrasiya olunmuş Touch ID texnologiyasından istifadə edəcək. Bundan əlavə, şirkət qatlana bilən iPhone-u "tam hüquqlu süni zəka cihazı" kimi təqdim etməyi planlaşdırır.
         Böyük ekranlar süni zəka imkanlarından daha səmərəli istifadə etməyə və çoxlu vəzifələri eyni anda yerinə yetirməyə şərait yaradacaqlar. Hədəf auditoriya və qiymətlə bağlı Ming-Chi Kuo bildirib ki, qatlana bilən iPhone Apple-ın yenilikçi cihazlarını "mütləq alınmalı" hesab edən sadiq istifadəçilərə istiqamətlənəcək. Lakin bu, yalnız cihazın keyfiyyəti gözləntilərə cavab verərsə mümkün olacaq. Smartfonun qiymətinin 2000$-dan yuxarı olması gözlənilir və hətta 2500$-a qədər yüksələ biləcəyi istisna edilmir. Kütləvi istehsalın 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaması gözlənilir. Bundan əlavə, şirkət artıq ilk modelin satışa çıxarılmasından 1 il sonra ikinci nəsil qatlana bilən iPhone-u buraxmaq ehtimalını da nəzərdən keçirir.
    Mənbə: Macrumors
    Paylaş
    Bənzər xəbərlər
    m3-ultra-prosessorlu-apple-mac-studio-teqdim-edilib-qiymeti
    Cihazlar+

    M3 Ultra prosessorlu Apple Mac Studio təqdim edilib - QİYMƏTİ

    Apple elan həftəsini davam etdirərək yenilənmiş Mac Studio masaüstü kompüterini təqdim edib. Bununla yanaşı, şirkətin ən güclü özünəməxsus prosessoru olan M3 Ultra da yeni Mac Studio ilə birlikdə təqdim olunub.
    m4-prosessorlu-macbook-air-teqdim-edilib-qiymeti
    Cihazlar+

    M4 prosessorlu MacBook Air təqdim edilib - QİYMƏTİ

    Apple şirkəti rəsmi olaraq M4 prosessorlu yeni MacBook Air-i təqdim etdi. Yeni MacBook Air əvvəlki nəsillə müqayisədə əhəmiyyətli performans artımı təmin edən M4 prosessoru ilə təchiz edilib.
    donald-trump-in-fealiyyeti-texnoloji-sirketlerin-boyuk-hecmde-bazar-deyerini-itirmelerine-sebeb-olub
    Tech-Biznes

    Donald Trump-ın fəaliyyəti texnoloji şirkətlərin böyük həcmdə bazar dəyərini itirmələrinə səbəb olub

    ABŞ-ın texnologiya sektorundakı şirkətlərin səhmləri Donald Trump-ın andiçmə mərasimindən sonra 7%-dən çox dəyər itirib. Yeni administrasiyanın tətbiq etdiyi gömrük rüsumları ticarət müharibəsini alovlandırıb, bu da Wall-Street-də qeyri-müəyyənliyi artıraraq riskli aktivlərdən investorların geri çəkilməsinə səbəb olub.
    apple-britaniyanin-icloud-da-backdoor-yerlesdirilmesi-telebi-ile-bagli-mehkemeye-muraciet-edib
    Proqram Təminatı

    Apple Britaniyanın iCloud-da backdoor yerləşdirilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edib

    Apple Böyük Britaniya hökumətinin iCloud-un end-to-end şifrələmə sistemində backdoor yaratmaq tələbinə qarşı məhkəməyə müraciət edib. Şirkət Böyük Britaniyanın İstintaq Səlahiyyətləri Tribunalına (IPT) şikayət edərək bu tələbi ləğv etdirməyə çalışır.
    11-ci-nesil-adi-ipad-teqdim-edilib-qiymeti
    Cihazlar+

    11-ci nəsil adi iPad təqdim edilib - QİYMƏTİ

    Apple yeni iPad Air ilə yanaşı 11-ci nəsil iPad planşetini də təqdim edib.